AZ

Əbu-Dabidə Ukrayna danışıqlarının ikinci raundu başladı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqların ikinci raundu start götürüb.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Danışıqlarda ABŞ-ni Ağ Ev rəhbəri Donald Trampın xüsusi elçisi Stif Uitkoff təmsil edir.

Rusiyadan olan nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş idarəsinin rəisi admiral İqor Kostyukov başçılıq edir.

xxx

12:45

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya, ABŞ, Ukrayna nümayəndələrinin iştirakı ilə keçiriləcək danışıqların ikinci raundunda iştirak etmək üçün Əbu-Dabiyə səfər edib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bir müddət əvvəl xüsusi elçini daşıyan təyyarə BƏƏ-də hava limanına eniş edib.

Qeyd edək ki, 4-5 fevral tarixlərində BƏƏ paytaxtında Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr