AZ

Milli Aviasiya Akademiyasında ənənəvi “Fevral məruzələri” beynəlxalq elmi-praktik gənclər konfransının açılışı olub (FOTO)

Bakı.Trend:

Milli Aviasiya Akademiyasında (MAA) “Fevral məruzələri 2026:Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlıXI beynəlxalq elmi-praktik gənclər konfransı öz işinə başlayıb.

Trend xəbərverir ki, 3 gün davam edəcək beynəlxalq konfrans aerokosmik sahədəgənc tədqiqatçıların yaradıcı potensialının dəstəklənməsi,innovativ yanaşmaların təşviqi və elmi əməkdaşlıq imkanlarınıngenişləndirilməsi baxımından mühüm akademik platforma kimi çıxışedir.

Builki konfransda ümumilikdə 428 nəfər iştirak edir. Proqramçərçivəsində 276 elmi məruzə dinləniləcək. Konfransa ABŞ, Türkiyə,Almaniya, Koreya, Qazaxıstan, Rusiya, Özbəkistan və Qırğızıstankimi ölkələrdən 45 nəfər tədqiqatçı qatılıb.

Konfransın geniş institusional əhatə dairəsi də diqqətəlayiqdir.Ümumilikdə tədbirdə 39 müxtəlif yerli və xarici universitet,elmi-tədqiqat institutu, dövlət qurumu və aparıcı təşkilat təmsilolunub. Bu fakt “Fevral məruzələri”nin artıq regionun aparıcıgənclər elmi platformalarından birinə çevrildiyini göstərir.

Konfransı giriş sözü ilə açan birinci prorektor, professorƏdalət Səmədov MAA-nın rektoru, akademik Arif Mir Cəlal oğluPaşayevin iştirakçılara salamlarını və təbrikini çatdırıb vəMAA-nın son 30 ildə keçdiyi inkişaf yolu haqqında məruzə ilə çıxışedib.

Konfrans çərçivəsində 11 bölmə üzrə aerokosmik sahə, nəqliyyat,energetika, iqtisadiyyat, hüquq, fundamental elmlər və texnikiinkişaf istiqamətlərində aktual problemlər müzakirə olunacaq.

Plenar iclasda Merilend Universitetinin (ABŞ) fəxri professoruakademik Roald Saqdeyev, Moskva Fizika-Texnika İnstitutununprofessoru Emil Əhmədov, Helmholts Elmi-Tədqiqat Mərkəzinin(Almaniya) əməkdaşı, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri,Azərbaycanın Əməkdar elm xadimi, professor Məsud Əfəndiyev və PiriReis Universitetinin (Türkiyə) elmi işlər üzrə müşaviri, BeynəlxalqSARES cəmiyyətinin prezidenti, professor Hikmet Karakoç çıxışedərək aerokosmik elmin gələcək inkişaf perspektivlərini və MAA-dagənclərin innovasiyalara töhfəsini xüsusi vurğuladılar.

Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına MilliAzərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovçıxış edərək bildirib ki, Milli Aviasiya Akademiyası akademik ArifPaşayevin Azərbaycan xalqına verdiyi çox böyük bir töhfədir."Müəssisə yaratmaq olar, onu inkişaf etdirmək olar. Amma bir elmimühit, bir düşüncə məktəbi yaratmaq hər kəsə nəsib olmur. ArifPaşayev məhz bunu bacaran şəxsiyyətdir",- deyə Milli Məclisin sədrmüavini qeyd edib.

Onun sözlərinə görə, Arif Paşayevin təşəbbüsü ilə keçirilən bukonfranslar silsiləsi məhz bu ehtiyaca cavab verir və eyni zamandagənc nəslin düşüncəsinə elmin yaşaması zərurətini ötürür:"Keçirilən bu konfranslar, nəşr edilən elmi kitablar vəyetişdirilən mütəxəssislər bir daha göstərir ki, Milli AviasiyaAkademiyası təkcə təhsil müəssisəsi deyil. Bu, milli düşüncənin,elmi irsin və dövlət müstəqilliyinin daşıyıcısı olan birməkandır".

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək bildiribki, çox gözəl bir konfrans təşkil olunub və konfransın məzmunuolduqca düşünülmüş şəkildə hazırlanıb. "Xüsusilə qeyd etməklazımdır ki, Roald Saqdeyev Amerikadan gələrək bir daha özintellektual potensialını nümayiş etdirdi və yüksəksəviyyəli,maraqlı bir məruzə ilə çıxış etdi".

Hafiz Paşayevin sözlərinə görə, Arif Paşayev haqqında çoxdanışmaq olar. O, heç vaxt kiməsə əziyyət verməkdən xoşlanmayan,daim insanları və xüsusilə tələbələri ön planda tutan bir şəxsdir.Bugünkü çıxışında da bunu aydın şəkildə gördük.

"Arif müəllim keçmişinə, həmkarlarına və ətrafındakı insanlarahəmişə sadiq olub, onların maraqlarını qorumağa çalışıb. Bubaxımdan ondan öyrəniləsi çox şey var",- deyə H.Paşayevvurğulayıb.

Sonda Hafiz Paşayev Arif Paşayev adından hər kəsə təşəkkür edib.Qeyd edib ki, akademik Arif Paşayevə tədbirin və ona yüksəksəviyyədə təşkil olunduğunu çatdıracağını bildirib.

Konfrans proqramına elmi müzakirələrlə yanaşı “Fundamentalelmlər və texniki inkişaf”, “Energetikanın müasir problemləri”mövzularında dəyirmi masalar, eləcə də “İdeyadan nəşrə – məqaləyazma bacarığı” və “Hava limanında yerüstü xidmətlərinmərkəzləşdirilmiş rəqəmsal idarəetmə sisteminin qurulması”mövzularında ustad dərsləri daxil edilib.

Bundan əlavə, tədbir çərçivəsində “Maliyyə uçotu” dərsliyi və“Auditdə iqtisadi təhlil” dərs vəsaitinin təqdimatı nəzərdətutulub.

“Fevral məruzələri” beynəlxalq konfransı gənc tədqiqatçılarınaerokosmik innovasiyalara töhfəsi baxımından MAA-nın elmistrategiyasının əsas istiqamətlərindən biri, həm də beynəlxalq elmiəməkdaşlığın inkişafında mühüm resursdur.

Konfransın sonunda Azərbaycan Respublikasının əməkdar artisti,pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Lalə Məmmədovaiştirakçılara uğurlar arzuladı və kiçik konsert proqramı ilə çıxışedib.

Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Milli
Seçilən
9
6
az.trend.az

7Mənbələr