AZ

Paşinyan da siyasi məhbus olub?

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bir vaxtlar ağır cinayətlərdə ittiham olunan indiki Baş nazir Nikol Paşinyanın siyasi məhbus olub-olmadığı sualına cavab verə bilməyib. 

“Cebheinfo.az” xəbər verir ki, fevralın 4-də keçirilən mətbuat konfransında nazirə belə bir sual verilib:  “Əgər Paşinyan siyasi məhbusdursa, deməli, bu məntiqə görə, hazırda həbsdə olan bir çox şəxs, o cümlədən ruhanilər də siyasi məhbusdur?”

Lakin Qalyan bu məsələ ilə bağlı şərh verməkdən imtina edərək, 2008-ci ildə tələbə olduğunu və siyasi proseslərlə maraqlanmadığını, buna görə də şərh verə bilməyəcəyini bildirib.

“Mövcud vəziyyətə gəldikdə isə, ölkədə siyasi məhbus yoxdur və ən yaxşı meyar beynəlxalq təşkilatların hesabatlarıdır”, - deyə nazir bildirib.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr