AZ

“Ermənistanın yeni Konstitusiyasının mətni martda dərc olunacaq” - Ədliyyə naziri

“Ermənistanın yeni Konstitusiyasının mətninin yekunlaşdırılması hökumətin qarşıdakı ildəki prioritetlərindən biridir”.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan deyib.

Onun sözlərinə görə, Konstitusiyanın yeni mətninin hazırlanması üzrə işlərin artıq elan edilmiş son tarixləri qorumaqla növbəti altı ay ərzində başa çatdırılması planlaşdırılır.

“Gələn il üçün prioritetlərimizdən biri yeni Konstitusiyanın mətninin yekunlaşdırılmasıdır. Dəfələrlə danışdığımız müddətlərdən yayınmayacağıq və işimizin yekunlaşdırılması üçün ay mart ayı olaraq qalır. Başqa sözlə, mart ayında artıq dərc olunacaq mətnimiz olacaq”, - deyə Qalyan qeyd edib.

Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistandan konstitusiyanın dəyişirdirilməsini tələb edir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
33
missiya.az

1Mənbələr