AZ

DÇ 2014 ün bombardiri MLS yolunda Danışıqlar başladı

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriges karyerasını Amerika Futbol Liqasında (MLS) davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Mənbənin məlumatına görə, "Minnesota United" hazırda azad agent olan 34 yaşlı futbolçu ilə danışıqlara başlayıb. MLS klubu onu transfer etməyə çalışır.

Futbolçunun son klubu 2025-ci ilin noyabr ayında ayrıldığı Meksikanın "Leon" klubu idi. 

Rodrigez karyerası ərzində "Portu", "Monako", "Real Madrid", "Bayern Münhen", "Everton", "Əl-Rayyan", "Olimpiakos", "San-Paulu" və digər klublarda oynayıb.

O, Kolumbiya milli komandasında 112 oyunda 29 qol vurub. Ən yaxşı performansı 2014-cü il Dünya Kubokunda olub. Xames həmin mundialda 5 oyunda 6 qol vurub və turnirin bombardiri olub.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
fanat.az

2Mənbələr