AZ

Tramp Afrikaya ticarət güzəştlərini bərpa etdi

BAKI, 4 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp 32 Afrika ölkəsinin Amerika bazarına rüsumsuz daxil olmasını təmin edən güzəştli ticarət rejimini rəsmən bərpa etdi.

Teleqraf xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

25 il əvvəl əsası qoyulan bu ticarət sazişi 2026-cı il dekabrın 31-nə qədər uzadılıb. Razılaşma çərçivəsində Afrika ölkələrindən gələn 1800-dən çox məhsul (avtomobillər, geyim, neft və kənd təsərrüfatı məhsulları) ABŞ-yə gömrük rüsumu ödənilmədən daxil olacaq.

ABŞ Dövlət Departamenti vurğulayıb ki, hazırda Vaşinqton administrasiyası Afrika ölkələri ilə qarşılıqlı əlaqə strategiyasına yenidən baxır.

Seçilən
37
1
teleqraf.com

2Mənbələr