AZ

Mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasına yönəlmiş yeni mərhələ icra olunur - FOTOLAR

Minalar Əleyhinə Azərbaycan Kampaniyası "Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3" adlı layihənin icrasını davam etdirir.

QHT.az xəbər verir ki, layihə Koreya Respublikasının ITF Enhancing Human Security təşkilatı vasitəsilə göstərdiyi maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin məqsədi Azərbaycanın ən çox minadan zərər çəkmiş bölgələrində yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasına nail olmaqdır. Layihə bir qrup mina qurbanının yaratmaq istədikləri kiçik biznes sahələrinə maliyyə resurslarını təmin etməklə yoxsulluğun azaldılmasını və sosial bərabərliyin gücləndirilməsini əhatə edir.

Məlumdur ki, ailə gəlirlərinin artması daha yaxşı səhiyyə, təhsil və qidalanma imkanlarına gətirib çıxaracaq, eləcə də kiçik biznesin inkişafına kömək edəcək.

Layihə Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarından olan kiçik qrup mina qurbanlarını əhatə edir.

Seçilən
49
qht.az

1Mənbələr