SOCAR-ın strukturuna daxil olan qurumda çalışan əməkdaş Rövşən Nəcəfə müraciət edib.
NOCOMMENT.az xəbər verir ki, “SOCAR Petroleum” QSC-nin baş ofisində 6 ildir çalışan İlahə Həsənova SOCAR-ın prezidentinə video müraciət ünvanlayıb. O, müraciətində iş fəaliyyəti dövründə qarşılaşdığı problemlərdən bəhs edib.
İlahə Həsənova iddia edir ki, yeni təyin olunub mühafizə rəisi Rasim Ələkbərov onun barəsində qarayaxma və şər-böhtan xarakterli addımlar atıb, eyni zamanda ona qarşı işini icra etməsinə maneələr yaradıb.
Müraciətdə “SOCAR Petroleum” QSC-nin baş icraçı direktoru Zaur Cəlilov, müavini Teymur Saracov və baş mühəndis Müşviq Abdullayevin adını çəkərək, onlar barəsində ciddi tədbirlər görülməsini xahiş edib.
Məsələ ilə bağlı adı çəkilən şəxslərin və SOCAR-ın rəsmi mövqeyi hələlik açıqlanmayıb.
Videomüraciəti təqdim edirik:
@ilaha.hasanova07 #soccer #keşfetteyizzz #socar ♬ orijinal ses – Ilaha Hasanova
Aliyə