Sportal.az saytına istinadən ain.az xəbər verir.
İngiltərənin “Nyukasl” klubu Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"a qarşı Bakıdakı oyunu üçün bilet satışına başlayıb.
Sportal.az xəbər verir ki, klub əvvəlcə mövsüm bileti sahiblərinin müraciətlərini nəzərdən keçirəcək. Daha sonra isə xüsusi bonus xallarına əsasən bilet paylayacaq.
Sabahdan etibarən həmin azarkeşlər elektron biletlər ala biləcəklər. Biletlərin qiyməti 18 funt sterlinq (təxminən 42 manat) olacaq.
"Qarabağ" - "Nyukasl" matçı 18 fevralda Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.