AZ

“Rusiya raketləri ballistik trayektoriya üzrə uçur və HHM sistemləri tərəfindən tutula bilmir” - İqnat

Rusiyanın X-22 qanadlı raketləri tez-tez ballistik trayektoriya üzrə uçur və bu da Ukrayna hava hücumundan müdafiə qüvvələrinin onları tutmasını çətinləşdirir.

Herbiand.az bildirir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü, polkovnik Yuri İqnat deyib.

Ukrayna televiziyasında çıxış edərkən o, Rusiyanın X-22 raketlərinin qeyri-adi trayektoriyasına diqqət çəkərək şikayətlənib. Bu səbəbdən, onları yalnız Amerika istehsalı olan Patriot hava hücumundan müdafiə sistemləri tuta bilər. Lakin, Ukraynada bu sistemlər üçün kifayət qədər sursat yoxdur.

İqnat həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələri getdikcə daha çox tutması çətin olan “tipik” raketlərdən istifadə edir. Bunlara “Çirkon”, “Oniks” və X-32 raketləri daxildir.

Ukraynalı polkovnik Rusiya hava qüvvələrinin taktikalarından gileylənərək bildirib ki, bəzən eyni anda iki raket buraxılır və Ukrayna radarları onları tək hədəf kimi qəbul edir. Bu da onların tutulmasını daha da çətinləşdirir.

Beləliklə, İqnat faktiki olaraq Ukrayna hava hücumundan müdafiə sistemlərinin ölkədəki hərbi hədəfləri uğurla məhv edən Rusiya silahlarına qarşı mübarizədə ciddi çətinliklərlə üzləşdklərini etiraf edib.

Buna baxmayaraq, sonda ukraynalı polkovnik qeyd edib ki, Ukrayna qüvvələri Rusiya raketlərinin məhv edilməsində müəyyən uğurlar əldə edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
45
herbiand.az

1Mənbələr