AZ

Rejissor: Filmdə söyüş söymək ola bilər, amma...

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Son vaxtlar telekanallarda yayımlanan bəzi film və seriallarda açıq şəkildə söyüş və qeyri-etik ifadələrdən istifadə olunur.

Ekran işində bu kimi hallara yol verilməsi nə dərəcədə məqbuldur?

Yenicag.az-a açıqlama verən tanınmış rejissor Tahir Tahiroviç mövzunu şərh edərkən maraqlı məqama toxunub. O, filmdə söyüşdən istifadə olunmasının mümkünlüyünü vurğulayıb, lakin efirdə (televiziyada) söyüşdən istifadə olunmasına qarşı çıxıb:

“Söhbət filmdən getmir, efirdə söyüş söymək olmaz. Yəni o demək deyil ki, bu filmdir və burada söyüş olmaz, amma hər hansı bir veriliş, tok-şouda söyüş söymək olar. Burada televiziya faktoru var. Bu baxımdan, təbii ki, söyüş söymək arzuolunan deyil. Yəni bunu filmin üzərinə atmaq da doğru hal deyil. Filmdə söyüş söymək ola bilər, amma efirdə olmaz. Söhbət bundan gedir”.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
mia.az

1Mənbələr