AZ

BU HALDA UŞAQ ANADAN ALINARAQ ATAYA VERİLƏ BİLƏR

Boşanma zamanı uşaq və ya uşaqlar adətən, anada qalır.

Ancaq elə hallar var ki, anadan alınaraq ataya verilə bilər.

Bəs bu, hansı hallarda olur?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.

O bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər ayrıldıqda uşaqla bağlı qərar məhkəmə tərəfindən verilir və əsas meyar uşağın üstün mənafeyidir.

“Ana valideynlik vəzifələrini yerinə yetirmirsə, uşağa baxmırsa, təhsili, sağlamlığı ilə maraqlanmırsa, uşağı uzun müddət tərk edibsə, ananın həyat tərzi uşağın inkişafına zərər vurursa, alkoqol və ya narkotik asılılığı, qeyri-sabit, təhlükəli sosial mühit varsa, uşağın psixoloji vəziyyətinə mənfi təsir edirsə, alına bilər”.

Hüquqşünas eyni zamanda deyib:

Başqa cür, ana uşağa qarşı zorakılıq və ya ciddi psixoloji təzyiq göstərirsə, ağır xəstədirsə və uşağa baxa bilmirsə, uşağın özü atası ilə qalmaq istəyirsə (adətən 10 yaşdan yuxarı uşağın fikri məhkəmə tərəfindən nəzərə alınır), atanın şəraiti daha uyğundursa, alına bilər.

Orxan


Seçilən
18
1
azia.az

2Mənbələr