AZ

Paşinyan siyasi arenadan gedir? KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Samvel Karapetyan seçicilərin 34%-nin səsini, Nikol Paşinyan isə 33%-ni toplayıb.

KONKRET.az xəbər verir ki, bu, əldə olunan sorğunun yekun nəticələridir.

Bu barədə “Po-nashemu” hərəkatının koordinatoru Narek Karapetyan sosial şəbəkələrdə yazıb.

“Sorğunu EMPIRICA şirkəti aparıb və sual belə olub: ‘Əgər seçim yalnız bu iki şəxsin arasında olsaydı, kimə səs verərdiniz?’ Biz qətiyyətlə qələbəyə doğru irəliləyirik. Elə buna görə də Paşinyan şəxsi hücumlarını gücləndirir.

Lakin az fərqlə qələbə kifayət deyil. Parlamentdə mütləq səs çoxluğuna sahib olmalıyıq. Böyük dəyişikliklər üçün güclü və geniş dəstəyə malik siyasi qüvvə lazımdır. Biz biznes üçün sıfır vergi tətbiq etmək, 300 000 yeni iş yeri yaratmaq və real iqtisadi islahatlar həyata keçirmək istəyirik, buna görə də real səlahiyyət və geniş dəstək vacibdir.

Fikirlərimizi yaymağa davam edin. Biz böyük qələbəyə doğru irəliləyirik və bunun üçün hər birimiz önəmliyik”, – deyə Narek Karapetyan qeyd edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
konkret.az

2Mənbələr