AZ

Bakıda 64 yaşlı kişi dəm qazından ölüb

Bakıda 64 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Herbiand.az -ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Əlövsət Ələsgərov yaşadığı R.Quliyev küçəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
7
herbiand.az

10Mənbələr