AZ

Əhali banklara daha çox valyuta satıb -"Təklif 70 milyon dollar, tələb 54 milyon dollar olmuşdur"

"Valyuta bazarı ilə bağlı suallara cavab olaraq qeyd edim ki, ötən il ərzində ümumilikdə valyuta təklifi tələbi üstələmişdir. Aylıq orta göstəricilərə əsasən, təklif təxminən 70 milyon ABŞ dolları, tələb isə 54 milyon ABŞ dolları səviyyəsində olmuşdur".

Marja.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. 

İlin yekunlarına görə, fiziki şəxslərin nağd valyuta əməliyyatlarında da təklif üstünlük təşkil etmişdir. Nəticədə banklar tərəfindən təxminən 423 milyon ABŞ dolları həcmində xalis valyuta alışları həyata keçirilmişdir. Bu da əhalinin banklara daha çox valyuta satdığını göstərir.

Seçilən
48
marja.az

1Mənbələr