
“Cefri Epşteyn həbs edilənədək 20 il ərzində onun adasında, onlarla iqamətgahlarında dünya siyasət, biznes, elm, incəsənət aləmlərinin ən üst səviyyələrində mövqe tutan yüzlərlə, bəlkə də minlərlə şəxslər qonaq olublar”.
Missiya.Az xəbər verir ki, bunu siyasi analitik Asif Şəfəqqətov özünün “Facebook” sosial media hesabında yazıb.
O bildirib ki, bu səviyyəli və bu qədər qonağa xidmət etmək üçün Epşteynin mülklərində minlərlə adam çalışmalı idi, hələ onun cinayətkar sifarişlərini yerinə yetirən “podratçı” şirkətlərin işçilərini demirəm. Yəni Epşteynin mülklərində baş verənlərdən xəbəri olan bəlkə də on mindən çox adam olub (qonaqları nəzərə almıram). Burdan məndə 4 sual yaranır:
1.Yəni bu qədər adamdan heç kim baş verən cinayətlər haqqında dövlət orqanlarına xəbər verməyib? Bütün şantajlara baxmayaraq, onların ən azı 5%-nın vicdanı yol verməyəcəkdi ki, bu hadisələrə biganə qalsın. Belə çıxır ki, onlar aradan götürülüblər – ona görə ki, həm artıq söz-söhbət olmasın, həm də başqalarına dərs olsun. Bununla maraqlanan olub?
2.2019-cu ildə Epşteyn öldürüldü. İndi Konqres dinləmələrinə Klintonlar çağırılır. Klintonlar və onlar kimi başqa qonaqlar maraqlı tərəflərdir, cinayətləri törədənlərdir. Əlbəttə, onlar deyəcəklər ki, biz ora intellektual söhbətlər aparmağa getmişdik. Bəs niyə minlərlə xidmət heyətini, yəni şahidləri axtaran, dindirmələrə cəlb edən yoxdur?
3.Epşteyn həbs ediləndən sonra onun adasında, yəqin ki, oğurlanmış uşaqların bir qismi olub. Onların taleyi necə oldu? Heç olmasa, siyahısı kimdəsə var?
4.Dövlət orqanlarının göz yummasını başa düşdük – onlara bu işi araşdırmaq qadağan edilib. "Demokratik" Qərbdə də hüquq-mühafizə orqanları qanunun yox, hakimiyyətin keşiyində dururlar. Bəs bütün dünyaya azad və müstəqil kimi sırınan Qərb jurnalistikası niyə həmin işçiləri, uşaqları axtarıb, müsahibələr götürmür?
Daşqın HəsənovMissiya.Az