AZ

“Temu”dan mal sifarişinin çatdırılması nə üçün gecikir?–Gömrük Komitəsindən açıqlama

“Temu” onlyan satış platforması üzərindən mal sifariş vermiş şəxslər AzPost-a müraciət edib.

Onlar pulu ödənilmiş mallarının 1 aydır təhvil ala bilmədiklərindən şikayət edirlər. Bu şəxslər malların gecikmə səbəbini müəyyən edə bilmirlər. “Temu”dan bu müştərilərə bildirilib ki, göndərilən mallar Azərbaycan gömürüyndədir.

AzPost problemə aydınlıq gətirmək üçün Dövlət Gömrük Komitəsinə müraciət edib.

DGK-nin mətbuat xidmətindən AzPost-a bildirilib ki,gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir.

Açıqlamada qeyd edilir ki, son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur.

“Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir. Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur.

Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur”-deyə DGK-dan bildirilib.

AzPost.az

Seçilən
13
azpost.info

1Mənbələr