AZ

Silk Way West Airlines donanmasının yenilənməsi proqramı çərçivəsində dördüncü Boeing 777F yük təyyarəsini təhvil alıb

Bakı. Trend:

Silk Way West Airlines donanmasının yenilənməsi proqramıçərçivəsində dördüncü Boeing 777F yük təyyarəsini təhvil alıb.Təyyarə Sietldən Bakı şəhərinə birbaşa reyslə gətirilib. Bu addımaviaşirkətin uzunməsafəli yük donanmasının ardıcıl şəkildəmodernləşdirilməsi istiqamətində atdığı növbəti mərhələni əksetdirir.

Yeni təhvil alınan təyyarə Silk Way West Airlines tərəfindənsifariş edilmiş altı Boeing 777F yük təyyarəsindən dördüncüsüdür vəşirkətin strateji donanma inkişaf planlarının ardıcıl icrasınıtəsdiqləyir. Donanmanın yenilənməsi strategiyası çərçivəsindəaviaşirkət iki Boeing 747-400F yük təyyarəsini istismardançıxararaq əməliyyat səmərəliliyini və performans göstəricilərinidaha da optimallaşdırıb. Qalan iki Boeing 777F yük təyyarəsinintəhvili 2027-ci ildə gözlənilir ki, bu da donanmanın yenilənməsiproqramının birinci mərhələsinin tamamlanmasını təmin edəcək.

Təyyarənin təhvili ilə bağlı Silk Way West Airlines-ınPrezidenti Volfqanq Mayer bildirib: “Dördüncü Boeing 777F yüktəyyarəsinin donanmamıza qoşulması yenilənmə strategiyamızçərçivəsində atılan ardıcıl addımların davamıdır. Yeni nəsil yüktəyyarələrinin istismara verilməsi əməliyyat imkanlarımızıgenişləndirir, dayanıqlılıq hədəflərimizi dəstəkləyir və donanmanınmodernləşdirilməsinin növbəti mərhələsi üçün etibarlı əsasformalaşdırır.”

Boeing 777F hazırda istismarda olan ən müasir yüktəyyarələrindən biri hesab olunur. Uzun uçuş məsafəsi, yüksəkyükgötürmə qabiliyyəti və təkmilləşdirilmiş yanacaq səmərəliliyiilə seçilən bu tip təyyarələr Silk Way West Airlines-ın əməliyyatmükəmməlliyi, etibarlılıq və gələcəyə yönəlmiş inkişafstrategiyasına uyğun şəkildə donanmaya inteqrasiya olunur.

Son təyyarənin istismara qəbul edilməsi ilə Silk Way WestAirlines-ın aviaparkı 12 hava gəmisinə çatıb və donanmanın mövcudtərkibi aviaşirkətin uzunmüddətli yenilənmə strategiyasını əksetdirir. 2028-ci ildən etibarən aviaşirkət donanmanınmodernləşdirilməsi proqramının ikinci mərhələsinə start verəcək. Bumərhələ çərçivəsində dörd Airbus A350F və dörd Boeing 777-8F yüktəyyarəsinin təhvili nəzərdə tutulur. Keçmiş nəsil hava gəmilərininəvəzlənməsi ilə yanaşı, bu mərhələ daşınma qabiliyyətinin artımınıtəmin edəcək və Silk Way West Airlines şirkətinə əməliyyatfəaliyyətini genişləndirməyə imkan verəcək. İkinci mərhələnin2030-cu ilədək tamamlanması planlaşdırılır və həmin vaxta qədəraviaşirkətin ümumi donanması 20 genişgövdəli hava gəmisinəçatacaq.

Silk Way West Airlines haqqında

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıdaqoyulmuş Silk Way West Airlines şirkəti Heydər Əliyev BeynəlxalqHava Limanındakı Boeing 777F, 747-8F və 747-400F yüktəyyarələrindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinəhər ay yüzlərlə uçuş həyata keçirir. Davamlılıq və səmərəlilikprinsiplərinə sadiq qalan Silk Way West Airlines 2030-cu ilə qədərdonanmasını müasir Boeing 777F, Boeing 777-8F və Airbus A350Ftəyyarələri ilə yeniləməyi planlaşdırır. Aviaşirkət Avropa, MDB,Yaxın Şərq, Asiya və Amerika qitələrində 40-dan çox istiqamətəyükdaşıma xidmətləri göstərərək, illik 500 000 tondan artıq yükdövriyyəsini idarə edir.

Məqalədə:
Seçilən
28
5
az.trend.az

6Mənbələr