İtaliyanın "Kalyari" klubunun hücumçusu Zito Luvumbo karyerasını İspaniya çempionatında davam etdirəcək.
"Far.Az" İtaliya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu "Malyorka"ya icarəyə verilib.
Müqavilədə yer alan bəndə görə, anqolalı oyunçunun çıxışı İspaniya təmsilçisini qane edərsə, "Malyorka" onu 4 milyon avroya birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Malyorka" hazırda 22 xalla La Liqanın turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.