AZ

“Neftçi” “Qarabağ”ın müraciətini qəbul etmədi – Derbi vaxtında oynanılacaq

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçiriləcək “Neftçi” oyununun təxirə salınması ilə bağlı müraciət edib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu bununla bağlı “ağ-qaralar”a müraciət yollasa da, qarşı tərəf müsbət cavab verməyib. “Neftçi” rəhbərliyi oyun planının pozulmaması üçün görüşün əvvəlcədən təyin olunduğu vaxtda keçirilməsini istəyib.

Xatırladaq ki, “Qarabağ” ayın 18-də Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda “Nyukasl”ı qəbul edəcək. Komanda daha sonra ayın 21-də “Neftçi”ilə, 25-də isə İngiltərə klubuyla cavab görüşünə çıxacaq.

Bu səbəbdən də “Qarabağ” rəhbərliyi komandanın İngiltərədəki matça daha yaxşı hazırlanması üçün “Neftçi” ilə görüşün təxirə salınmasını istəyib. Ancaq “ağ-qaralar” buna müsbət cavab verməyib.

Seçilən
11
idmanxeber.az

1Mənbələr