AZ

Elon Mask İspaniya Baş nazirini "faşist" adlandırdı - SƏBƏB

ABŞ-li iş adamı və "X" ilə "SpaceX" şirkətlərinin sahibi Elon Mask 16 yaşından kiçik uşaqlara sosial şəbəkələrə girişin qadağan ediləcəyini və bu şəbəkələrin rəhbərləri üzərində hüquqi nəzarətin artırılacağını açıqlayan İspaniya Baş naziri Pedro Sánchezi "zalim" və "totalitar faşist" adlandırıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən zəngin insanlarından biri olan Elon Mask İspaniya Baş naziri Pedro Sánchezin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təşkil olunan Dünya Hökumətlər Zirvəsində etdiyi və 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girməsinə qadağa qoyulacağı barədəki çıxışına sərt reaksiya verib.

ABŞ mərkəzli "X" şirkətinin sosial media platformasında yayımladığı açıqlamada Mask, Sánchezin çıxışını paylaşaraq, "Sánchez əsl faşist totalitardır" və "Pislənmiş Sánchez İspaniya xalqına xəyanət edən bir zalim və xaindir" - ifadələrini işlədib.

Seçilən
10
manset.az

1Mənbələr