AZ

Trampın xüsusi elçisi: TRIPP Cənubi Qafqazda davamlı sülhün təməli olacaq

TRIPP layihəsi Cənubi Qafqazda güclü qarşılıqlı əlaqəli iqtisadiyyatların yaradılması və davamlı sülhün dəstəklənməsi yolunda tarixi addımdır.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiya üzrə xüsusi elçisi Sercio Qor Bişkekdə keçirilən "B5+1" biznes forumunda bəyan edib.

"Ermənistan və Azərbaycanı birləşdirən tarixi sülh sammitindən (İlham Əliyev, Donald Tramp və Nikol Paşinyanın iştirakı ilə 8 avqust 2025-ci il tarixli Vaşinqton sammiti) bəri biz "Tramp Marşrutu"nu (TRIPP) təşviq etməyə davam edirik. Bu marşrut Mərkəzi Asiyadan Cənubi Qafqaz vasitəsilə və daha sonra Qərbə birbaşa nəqliyyat əlaqəsini təmin edəcək. Bu, güclü qarşılıqlı əlaqəli iqtisadiyyatların yaradılması və regionda davamlı sülhün qorunması yolunda tarixi addımdır", - Qor bəyan edib.

Onun sözlərinə görə, Tramp administrasiyası Mərkəzi Asiyaya xüsusi əhəmiyyət verir və bu regionun strateji əhəmiyyətini dərk edir.


Telegram kanalımız
Seçilən
85
2
yenisabah.az

3Mənbələr