Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun qaynı Ali Kaya polis tərəfindən saxlanılıb.
"Cebhenfo.az" “Hürriyet”ə istinadən xəbər verir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həyata keçirilən əməliyyatlar çərçivəsində tutulub.
Xatırladaq ki, ötən ilin martında Ə.İmamoğlu haqda İstanbul Böyük Şəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. Daha sonra ölkənin Daxili İşlər Nazirliyi merin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb. Hazırda İmamoğlunun bir neçə ittiham üzrə məhkəmə prosesləri davam etdirilir.
Əli Qaya ilə birlikdə daha 19 nəfər saxlanılıb. Onlatın arasında Sevcan Güler, İmren Öztürk, Barış Barışma, Fatoş Derbeder, Melis Yürür ve Damla Kütük də var.

Qeyd edək ki, bir neçə aydır davam edən əməliyyat-istintaq tədbirləri çərçivəsində çoxsaylı tanınmış şəxslər məsuliyyətə cəlb edilib. Onların arasında “Fənərbaxça” klubunun prezidenti Sadettin Saran, eləcə də çoxsaylı şou-biznes nümayəndələri də var.
Xəzər
"Cebheinfo.az"