
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 fevral tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.
Kommersant.az-ın AMB-yə istinadən məlumatına görə, ABŞ dollarının manata qarşı rəsmi məzənnəsi dəyişməz olaraq 1,7000 manat təşkil edib.
Avronun manata qarşı məzənnəsi 2,0120 manat, 1 türk lirəsi 0,0391 manat, 100 rus rublu isə 2,2055 manat olub.