AZ

Avstraliyada maraqlı hadisə: 13 yaşlı oğlan boğulan ailəsini xilas etmək üçün dənizdə dörd saat üzüb

Qərbi Avstraliya ştatının cənub-qərbində 13 yaşlı oğlan dənizə sürüklənən anasını və iki kiçik bacı-qardaşını dörd saat üzərək xilas edib.

Bu barədə "The Guardian" nəşri məlumat verib.

Məlumata görə, ailə Pert şəhərindən 200 kilometr cənubda yerləşən Kvindalup şəhərndə istirahət etdikləri zaman güclü külək onların sörfinq üçün lövhələrini və qayıqlarını açıq dənizə sürükləyib.

Oğlan əvvəlcə sahilə qədər dörd saat üzüb. Bundan sonra Qərbi Avstraliya Su Polisi, yerli dəniz xilasetmə xidmətinin könüllüləri və Qərbi Avstraliya xilasetmə helikopteri də daxil olmaqla, müxtəlif qurumlardan ibarət axtarış-xilasetmə qrupu təcili səfərbər edilib.

47 yaşlı qadın, 12 yaşlı oğlan və səkkiz yaşlı qız bir neçə saat sonra xilasetmə helikopteri tərəfindən tapılıb. Ailə sörfinq üçün olan lövhəyə yapışaraq xilas ola biliblər.
Seçilən
21
7news.az

1Mənbələr