Bakı. Trend:
Türkiyəda mərkəzi İstanbul olmaqla 8 vilayətdə İstanbulbirjasında (Borsa İstanbul) qanunsuz manipulasiyalara qarşırespublik baş prokurorluğunun istintaqı çərçivəsində əməliyyatkeçirilib.
Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.
İstanbul Respublika Baş Prokurorluğunun bəyanatında qeyd olunubki, Kapital Bazarları Şurasının (SPK) şikayəti əsasında aparılanaraşdırma və təhlillər zamanı sosial media hesabları vasitəsiləEGEEN və JANTS səhmləri üzrə Kapital Bazarları Qanununun 107/2-cimaddəsində nəzərdə tutulan “məlumat əsaslı bazar fırıldaqçılığı”cinayətinin törədildiyi müəyyən edilib.
Bu çərçivədə, mütəşəkkil struktur daxilində hərəkət etdikləriqiymətləndirilən ümumilikdə 22 şübhəlinin saxlanılması üzrəİstanbul, Ankara, Antalya, Kocaeli, Konya, Batman, Ordu və Amasyavilayətlərində eyni vaxtda əməliyyatlar həyata keçirilib.
Baş Prokurorluğun açıqlamasında şübhəlilərin ünvanlarındaaxtarışların aparıldığı, rəqəmsal materialların götürüldüyü, habeləşübhəlilər tərəfindən cinayət yolu ilə əldə edildiyi ehtimal olunanəmlak dəyərləri ilə bağlı araşdırmaların davam etdiyibildirilib.