AZ

“İƏİT Avrasiya Həftəsi - 2026”da Azərbaycanın iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat nazirinin birinci müavini “İƏİT Avrasiya Həftəsi -2026” tədbiri çərçivəsində panel sessiyada çıxış edib, bir sıragörüşlər keçirib.

Trend xəbər verir ki, bubarədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransanınpaytaxı Paris şəhərində keçirilən “İqtisadi Əməkdaşlıq və İnkişafTəşkilatının (İƏİT) Avrasiya Həftəsi - 2026” tədbirində iştirakedib.

İqtisadiyyat nazirinin birinci müavini tədbir çərçivəsində“Rəqabətqabiliyyətlilik, investisiya və ticarətin gücləndirilməsiyolu ilə artımın təşviqi” mövzusunda panel sessiyada çıxış edib.Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qazsənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər vəstrateji təşəbbüslər barədə məlumat verilib. Avropa və Asiyaarasında etibarlı körpü rolunu oynayan ölkəmizin beynəlxalqnəqliyyat və logistika qovşağına çevrildiyi vurğulanıb.

Qeyd edilib ki, makroiqtisadi sabitlik, əlverişli investisiyamühiti, həmçinin sənaye zonaları və azad edilmiş ərazilərdə təqdimedilən güzəştlər xarici sərmayədarlar üçün cəlbedici şəraityaradır, xüsusilə qeyri-neft-qaz sektoruna yönələn investisiyalarınartmasına təkan verir. Rəqəmsallaşma və müəssisələrinrəqabətqabiliyyətinin artırılması istiqamətində atılan addımlarqeyd olunub. Bərpaolunan enerji mənbələrinin inkişafına yönəlmişirimiqyaslı layihələrin regional enerji əməkdaşlığınındərinləşdirilməsi baxımından yeni perspektivlər açdığı diqqətəçatdırılıb.

Ölkəmizin beynəlxalq tərəfdaşlıqlar, ikitərəfli və çoxtərəfliinvestisiya fondları vasitəsilə ticarət və investisiya əlaqələrinigenişləndirdiyi nəzərə çatdırılıb. O cümlədən, Azərbaycanla Avropaİttifaqı arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçünperspektivlərin olduğu vurğulanıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “İƏİTAvrasiya Həftəsi - 2026” tədbiri çərçivəsində İƏİT-nin QlobalƏlaqələr Katibliyinin Avrasiya şöbəsinin rəhbəri Vilyam Tompsonlagörüşüb.

Görüşdə ölkəmizin İƏİT-lə fəal və səmərəli əməkdaşlıq etdiyivurğulanıb. Xarici investisiyaların cəlbi, rəqəmsallaşma, kiçik vəorta sahibkarlığın inkişafı və digər istiqamətlərdə əməkdaşlığınölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə töhfə verdiyi qeydedilib.

Tərəflər Azərbaycan və İƏİT arasında tərəfdaşlığın prioritetistiqamətləri, sənaye, maliyyə, ticarət, korporativ idarəetmə,nəqliyyat və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirəediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransayasəfər çərçivəsində “MEDEF International” təşkilatının baş icraçıdirektoru Filip Qotye ilə görüşüb.

Görüşdə Azərbaycanda formalaşdırılmış etibarlı və əlverişlibiznes mühiti, həmçinin işgüzar əlaqələrin genişləndirilməsi üçünmövcud potensial diqqətə çatdırılıb.

Tərəflər Azərbaycan və Fransa şirkətləri arasında əlaqələrindərinləşdirilməsi, yeni işbirliyi və qarşılıqlı investisiyaimkanları ətrafında fikir mübadiləsi aparıblar. Fransaşirkətlərinin Azərbaycanda fəaliyyəti ilə bağlı mümkün potensialəməkdaşlıq imkanları müzakirə edilib.

“İƏİT
“İƏİT
“İƏİT
“İƏİT
Seçilən
33
8
az.trend.az

9Mənbələr