AZ

Bu il illikinflyasiya 5,5% olacaq - AMB

Azərbaycan Mərkəzi Bankı illik inflyasiyanın 2026-cı ilin sonuna və 2027-ci il ərzində hədəf diapazonu daxilində qalacağını proqnozlaşdırır. Bankın fevral ayı üzrə baza ssenarisinə əsasən, illik inflyasiya 2026-cı ildə 5,5%, 2027-ci ildə isə 4,0% səviyyəsində formalaşacaq.

Mərkəzi Bank bildirib ki, 2026-cı il üzrə inflyasiya proqnozu əvvəlki qiymətləndirmə ilə müqayisədə azaldılma istiqamətində yenilənib. Bu, mövcud makroiqtisadi şəraitdə qiymət artımlarının daha mülayim trayektoriya üzrə inkişaf edəcəyi gözləntilərini əks etdirir.

Bankın açıqlamasına görə, son pul siyasəti iclasından bəri inflyasiya risklərinin balansında əhəmiyyətli dəyişiklik qeydə alınmayıb. Bununla belə, qlobal miqyasda geosiyasi gərginliklərin davam etməsi, iqtisadi fraqmentasiya meyillərinin güclənməsi və beynəlxalq ticarət mühitində qeyri-sabitlik əmtəə və maliyyə bazarlarında qeyri-müəyyənlikləri yüksək səviyyədə saxlayır.

Mərkəzi Bank əsas xarici risk kimi idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ehtimalını göstərir. Qurumun qiymətləndirməsinə əsasən, bu riskin reallaşması əsasən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiyanın dinamikası, qlobal əmtəə qiymətlərinin istiqaməti, eləcə də nominal effektiv məzənnənin dəyişkənliyindən asılı olacaq.

Daxili risklərə gəldikdə isə, Bank 2026-cı ildə əsas risk faktorunun daxili xərc amillərinin – xüsusilə əməkhaqqı, xidmət və istehsal xərclərinin – gözləniləndən daha yüksək artım tempi ilə reallaşması ola biləcəyini vurğulayır.

Gülnar Nazimqızı 

Seçilən
2
anews.az

1Mənbələr