AZ

Gənclər Fondu ilk dəfə ölkənin ən böyük fərdi intellektual yarışını təşkil edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən AzərbaycanGəncləri Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində ölkəninən böyük fərdi intellektual yarışı “GəncİNTELLEKT” təşkilolunub.

Trend xəbərverir ki, fərdi intellektual yarış gənclərin müxtəlif sahələr üzrəbiliklərini sınamaq və artırmaq, analitik və sürətli düşünməqabiliyyətlərini gücləndirmək, fərdi potensialını üzə çıxarmaq vəsağlam rəqabət mühiti formalaşdırmaq məqsədi daşıyır.

İntellektual yarışın açılış mərasimində çıxış edən AzərbaycanRespublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icraedən Yusif Vəliyev və Azərbaycan Respublikasının Milli Məclisinindeputatı Naqif Həmzəyev qeyd ediblər ki, ölkədə gənclərinintellektual potensialının gücləndirilməsi, bilik və bacarıqlarınınüzə çıxarılması baxımından bu cür yarışlar mühüm əhəmiyyətdaşıyır.

Çıxışlarda vurğulanıb ki, gənclərin fərdi inkişafına xidmət edəntəşəbbüslərin dəstəklənməsi dövlət gənclər siyasətinin əsasprioritetlərindəndir və bu istiqamətdə həyata keçirilən layihələrgənclərin cəmiyyətin aktiv və məsuliyyətli üzvləri kimiformalaşmasına töhfə verir.

Qeyd edək ki, 16-29 yaş arası və intellektual gücünə güvənən 723gənc biliklərini nümayiş etdirmək, intellektual mühitdə fərqlənməkvə öz potensiallarını reallaşdırmaq üçün yarışdan qeydiyyatdankeçiblər. Komanda deyil, fərdi oyun formatında təşkil olunan“GəncİNTELLEKT” yarışında iştirakçılar müxtəlif mövzular üzrəhazırlanmış sualları cavablandırıblar. Yarış iki mərhələli seçimprosesi əsasında keçirilib. Belə ki, 310 gənc yarımfinalmərhələsində iştirak edib, daha sonra ən yüksək nəticə göstərən 64gənc final mərhələlərində mübarizəni davam etdirmək hüququqazanıblar. Final mərhələsinin yekununda 4 gənc intellektualmübarizənin qalibi olub.

Gənclərin həyəcanlı mübarizəsi ilə yadda qalan “GənİNTELLEKT”fərdi intellektual yarışı Gənclər Fondu, Azərbaycan RespublikasıGənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə GənclərTəşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı,Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış”Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “GənclərinMaarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər”İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Xatırladaq ki, Gənclər Fondu tərəfindən Azərbaycan GəncləriGününə həsr olunmuş genişmiqyaslı tədbirlər “GəncVİZYON” İdeyatonuvə “GəncTALKS” Motivasiya Platforması ilə davam edəcək. Silsilətədbirlər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq vəinnovativ düşüncə tərzinin təşviqi, eləcə də onların asudəvaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Gənclər
Seçilən
38
6
az.trend.az

8Mənbələr