AZ

“Küçənin adı Ələsgər Məmmədoğludur, bələdiyyə və icra hakimiyyətindən deyirlər ki...” - ÖZƏL

“Sulutəpədə yeni məhəllə adlanan küçə var. Küçənin aşağı tərəfində biz oluruq, yuxarı hissəsinə isə Ələsgər Məmmədoğlu adı verilib. Amma təsdiqini hələ tapmayıb ki, küçə mənim atamın adınadır ya yox?!”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ələsgər Məmmədoğlunun oğlu Ceyhun Məmmədov deyib.
 
O daha sonra əlavə edib:
“Mən bir müddət əvvəl məsələnin üstünə düşüb soruşdum. Sulutəpə bələdiyyəsinə müraciət etdik. Onlar dedilər ki, biz bilmirik, icra hakimiyyətinə müraciət edin. İcra hakimiyyətindən də bildirildi ki, küçələrin adı təsdiqini tapmamış sizə bir söz deyə bilmərik. Ad verilib amma təsdiq yoxdur. Küçələr hələ ki, rəsmi deyil. Atamın adı Əsgərdir. Filmdən sonra Ələsgər deyildi. Ona görə biz çaş-baş qalmışıq. Hətta istədim ki, mərmər bir lövhədə atamın şəkilini o küçəyə vurum. Amma hələ bunu edə bilmirəm. Çox istərdim ki, atamın adının həmin küçəyə verilməsi təsdiqini tapsın. Buna ailə üzvlərimiz də, atamı sevənlər də sevinər”, - deyə aktyorun oğlu bildirib.
 
Qeyd edək ki, fevralın 9-da Ələsgər Məmmədoğlunun 80 illik yubileyidir.
Seçilən
14
moderator.az

1Mənbələr