AZ

Fazil Mustafa: “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişiklik indiki reallığa uyğundur”

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişiklik indiki reallığa uyğundur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

O bildirib ki, Moskva, Qars müqavilələrinin əslində burda xatırlanmaması məntiqlidir, çünki Azərbaycan ərazi bütövlüyü artıq mübahisələndiriləcək mövzu deyil və Naxçıvanın da Azərbaycanın ayrılmaz tərkib hissəsi olması da heç cür mübahisələndirilmir: “Azərbaycan beynəlxalq qurumlarda, təşkilatlarda məhz bu ərazi ilə müstəqil dövlət olaraq qəbul olunur, tanınır. Ona görə də bu kimi məsələlərin artıq köhnəlmiş müqavilələrə istinad edilməsinin məntiqi izahı yoxdur. Gürcüstan, Ermənistan da artıq öz ərazi hüdudları ilə müstəqil dövlət olaraq tanındığı kimi Azərbaycan da öz dəqiq hüdudları ilə müstəqil dövlət olaraq qəbul olunur. Bu səbəbdən bunun hansısa dövlətlərarası müqavilələr üzərindən edilməsinin bir mənası qalmır. Bu dəyişiklik Naxçıvanda, xüsusi nümayəndə səlahiyyətlərinin dəqiqləşdirilməsi və onun Milli Məclislə paylaşılan səlahiyyətlərinin Konstitusiyada əks olunması üçün edilib. Bu da kifayət qədər idarəetmənin çevik və daha dəqiq sahələr üzrə aparılmasına şərait yaradacaq”.

 

Xatırlatma: Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir, Moskva və Qars müqavilələrinin adı Naxçıvan Konstitusiyasından çıxarılır.

 

Şəhanə Quliyeva

Tarix: 4 Fevral 2026, 08:09   
Seçilən
17
pravda.az

1Mənbələr