NATO-nun Baş katibi Mark Rütte Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
V.Zelenski qeyd edib ki, M.Rütte ilə birlikdə müharibədə həlak olmuş Ukrayna vətəndaşlarının xatirəsinə ucaldılmış memoriala baş çəkib: "Bu gün Mark Rütte ilə birlikdə həlak olmuş ukraynalı müdafiəçilərin xatirəsini yad etdik".