AZ

Tramp Rusiyanın bu hücumundan təəccüblənmədi

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın 3 fevralda Ukrayna şəhərlərinə hücumundan təəccüblənməyib.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt bildirib.

O, bu məsələ ilə bağlı Trampla bu səhər danışdığını söyləyib:

"Təəssüf ki, o, təəccüblənmədi. Bunlar artıq bir neçə ildir ki, amansız müharibə aparan iki ölkədir. Prezident (Donald Tramp - red.) daha öncə vəzifədə olsaydı, heç vaxt müharibə başlamayacaqdı".

Qeyd edək ki, Ağ Ev rəhbəri rusiyalı həmkarı Vladimir Putindən Kiyevdə kəskin soyuqlar səbəbindən enerji infrastrukturuna bir həftə müddətində zərbələri dayandırmağı xahiş etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
axar.az

1Mənbələr