İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus pilotsuz uçuş aparatının bütün tapşırıqları uğurla yerinə yetirdiyi və əlaqə kəsilməzdən əvvəl zəruri məlumatları ötürdüyü bildirilir.
APA xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığının sözçüsü kapitan Tim Hokins ABŞ-ın “F-35C” qırıcı təyyarəsinin Ərəbistan dənizində “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran pilotsuz uçuş aparatını vurduğunu açıqlamışdı.
“Tasnim”in məlumatına görə, İran tərəfi hazırda PUA ilə əlaqənin kəsilmə səbəblərini araşdırır. Bildirilib ki, “Şahed-129” dronu açıq sularda kəşfiyyat və fotoqrafiya aparmaq məqsədi daşıyan normal və qanuni missiya yerinə yetirib.