AZ

NATO Qrenlandiya üçün yeni missiya hazırlayır

ain.az bildirir, Apa.az portalına istinadən.

NATO Arktika bölgəsində və Qrenlandiya ətrafında alyansın mövcudluğunu gücləndirməyi nəzərdə tutan “Arctic Sentry” adlı yeni missiya üzrə hərbi planlaşdırmaya başlayıb.APA xəbər verir ki, bu barədə NATO-nun Avropadakı hərbi qərargahının nümayəndəsi məlumat verib.

Proses Rusiyanın Qrenlandiyada ABŞ raket sistemlərinin mümkün yerləşdirilməsi ilə bağlı xəbərdarlıqları fonunda gedir. Moskva belə bir addıma cavab tədbirləri görülə biləcəyini bəyan edib.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen missiyanın planlaşdırılmasını vacib addım kimi qiymətləndirib və Arktika ilə Şimali Atlantika bölgəsində təhlükəsizliyin möhkəmləndirilməsi üçün müttəfiqlərin birgə səylərinin əhəmiyyətini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
7
apa.az

10Mənbələr