Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu və kapitan Kilian Mbappenin eqoist oyunçu kimi qəbul edilməsi ilə bağlı şərh verib.
İdman.Biz xəbər verir ki, Deşam Mbappenin eqoist olduğunu inkar etməyib.
“O, çox eqoist oyunçu, fərdiyyətçi imicinə malikdir. Əlbəttə ki, o, hücumçudur, ona görə də müəyyən dərəcədə eqoizmi olmasaydı, bu, gülünc olardı... Sizi əmin edə bilərəm ki, o, kapitan olduqdan bəri sözünün bütün komanda üçün ağırlıq daşıdığını bilən birisidir.
Əgər Kilianı hər matçda ən azı 11 kilometr qaçmalı olduğunu deməklə tənqid etmək istəyirsinizsə... Rahat olun, o bunu etməyəcək. Amma digər tərəfdən, onun bir çox vacib və həlledici keyfiyyətləri var”, - deyə “L'Equipe” Deşamdan sitat gətirib.