AZ

Epşteyn işi: COVID-19-dan əvvəl pandemiya ssenariləri müzakirə edilib

BAKI, 4 fevral. TELEQRAF

Ceffri Epşteyn işi üzrə açıqlanan materiallarda COVID-19 pandemiyasından 3 il əvvəl təhlükəli virusların yayılmasının modelləşdirilməsi ilə bağlı müzakirələrin aparıldığı məktub aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" yayımlanan sənədləri araşdıran jurnalistlərə istinadən məlumat yayıb.

Bildirilir ki, söhbət 2017-ci ilə aid məktubdan gedir. Həmin yazışmada pandemiyanın modelləşdirilməsi üçün texniki həllərin hazırlanması məsələsi müzakirə olunub.

Məlumata görə, məktub ilkin olaraq amerikalı milyarder Bill Geytsə ünvanlanıb, daha sonra isə maliyyəçi Ceffri Epşteynə ötürülüb. Məktubun müəllifi sahibkarla aparılan söhbəti xatırladır və həmkarları ilə birlikdə gələcək əməkdaşlıq üçün tapşırıqlar siyahısı və analitik materiallar hazırladıqlarını bildirir.

Sənəddə təklif edilən istiqamətlər arasında təhlükəli virusların yayılmasının proqnozlaşdırılması xüsusi yer tutur. Məktubda bu istiqamət pandemiya ştammlarının modelləşdirilməsi üçün tövsiyələrin və texniki spesifikasiyaların təkmilləşdirilməsi kimi qeyd olunub.

Qeyd edilir ki, sözügedən məsələ səhiyyə sahəsində digər layihələrlə tibbi məlumatların qorunması və ABŞ-də müalicə xərclərinin təhlili kimi mövzularla yanaşı müzakirə edilib.

Seçilən
12
teleqraf.com

1Mənbələr