AZ

ABŞ-də şatdaun başa çatdı: Tramp maliyyələşdirmə paketini imzaladı

BAKI, 4 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihələri paketini imzalayaraq təxminən dörd gün davam edən qismən şatdauna son qoyub.

Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə sənədlərin imzalanması mərasimində çıxış edərkən danışıb.

Trampın sözlərinə görə, qəbul edilən paket səmərəsiz federal xərcləri azaltmaqla yanaşı, Amerika xalqının təhlükəsizliyi və rifahına xidmət edən əsas proqramların maliyyələşdirilməsini təmin edir.

Bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası Senatdan sonra sözügedən qanunlar paketini təsdiqləyib. Səsvermə zamanı 217 konqresmen sənədlərin lehinə, 214 nəfər isə əleyhinə səs verib.

Məlumata görə, 12 qanun layihəsindən 11-i üzrə maliyyələşdirmə 30 sentyabr 2026-cı ildə başa çatacaq 2026 maliyyə ilinin sonunadək qüvvədə olacaq.

Seçilən
23
teleqraf.com

1Mənbələr