AZ

Tramp və Petro Venesuelanın gələcəyini müzakirə etdilər

BAKI, 4 fevral. TELEQRAF

Kolumbiya Prezidenti Qustavo Petro və ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirilən görüşdə Venesuelanın bərpası strategiyasını və enerji əməkdaşlığının perspektivlərini müzakirə ediblər.

Teleqraf xəbər verir ki, Qustavo Petro bu barədə 3 fevral tarixində Ağ evdə Donald Trampla keçirdiyi görüşdən sonra mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, tərəflər Venesuelada mövcud vəziyyətin tənqidindən daha çox ölkənin necə dirçəldilə biləcəyinə diqqət yetiriblər.

Petro qeyd edib ki, müzakirələrdə Kolumbiyanın qonşu ölkə kimi bu prosesdə oynaya biləcəyi rol, eləcə də ABŞ-nin mümkün töhfəsi, o cümlədən sanksiyaların yumşaldılması ehtimalı gündəmə gəlib.

Kolumbiya lideri danışıqların atmosferinə toxunaraq bəzi həssas mövzularda tərəflərin mövqelərinin üst-üstə düşmədiyini etiraf edib. Onun sözlərinə görə, narkotrafik və energetika kimi məsələlərdə fərqli yanaşmalar mövcuddur, lakin tərəflər ayıran yox, birləşdirən məqamları ön plana çəkməyə çalışırlar.

Petro əlavə edib ki, enerji sahəsi iki ölkəni birləşdirə biləcək əsas istiqamətlərdən biridir. O vurğulayıb ki, Cənubi Amerika bərpaolunan enerji mənbələri hesabına ABŞ-nin enerji balansının uzun müddət ərzində tam şəkildə təmizlənməsinə töhfə verə bilər.

Seçilən
46
teleqraf.com

1Mənbələr