AZ

Bu şirkətin səhmləri son on ildə 468% artıb

ABŞ-nin ən böyük pərakəndə satış şəbəkəsi olan "Walmart"ın kapitallaşması tarixində ilk dəfə bir trilyon dollar həddini keçib. Şirkətin səhmləri son on ildə 468%, illik isə 26% artıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Walmart" sürətli çatdırılmanın rahatlığını qiymətləndirən, geyim və mebel kimi vacib olmayan əşyalar üçün daha tez-tez alış-veriş etməyə başlayan varlı müştəriləri cəlb etməklə gəlirlərini artırıb.

Agentliyin məlumatına görə, şirkət süni intellekt texnologiyasına böyük diqqət yetirib. Walmart ən yeni məhsulları təmin etmək və çatdırılma müddətini azaltmaq üçün təchizat zəncirinin avtomatlaşdırılmasına milyardlarla dollar sərmayə qoyub.

Elvin

Ölkə.az

Seçilən
27
1
olke.az

2Mənbələr