AZ

Narı belə yemək min bir dərdə dəvadır

Payız və qış aylarında bir çox bölgələrdə narı duzlayaraq saxlamaq qədim ənənə kimi bu gün də davam etdirilir. Adətən turş nar növlərindən hazırlanan duzlu nar həm çərəz, həm də yeməklərin yanında süfrəyə verilir. Mütəxəssislər bildirirlər ki, düzgün şəkildə duzlanan nar yalnız dad baxımından deyil, sağlamlıq baxımından da müəyyən faydalar təqdim edir.

“Yeni Sabah” həmin formada istifadə olunan narın faydalarını təqdim edir:

Duzlu nar həzm sisteminə müsbət təsir göstərir. Narın təbii turşuluğu və duzun təsiri mədə şirəsinin ifrazını artıra, iştahanı aça bilər. Xüsusilə ağır yeməklərdən sonra az miqdarda duzlu nar qəbul edilməsi həzmi asanlaşdırır.

Bu məhsul antioksidantlarla zəngindir. Nar təzə halda olduğu kimi, duzlanmış formada da tərkibindəki polifenollara görə orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparır, immun sisteminin möhkəmlənməsinə dəstək verir.

Duzlu narın başqa bir faydası isə mineral balansı ilə bağlıdır. Tərkibində kalium, C vitamini və digər mikroelementlər saxlayan nar, duzla birlikdə xüsusilə çox tərləmə nəticəsində itirilən duz-mineral tarazlığının bərpasına kömək edə bilər.

Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, duzlu nar həddindən artıq miqdarda qəbul edilməməlidir. Xüsusilə yüksək təzyiq və böyrək problemləri olan şəxslər duz tərkibli qidalara diqqətlə yanaşmalıdırlar.

Qeyd edək ki, narı duzlayarkən əlavə konservantlardan istifadə etmədən, yalnız təbii üsullara üstünlük verilməsi onun faydalarını daha yaxşı qorumağa imkan verir.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
31
yenisabah.az

1Mənbələr