AZ

30 illik cinayətin üstü AÇILDI: Ögey qızını yemək istədiyi üçün ÖLDÜRÜB

Podmoskovyedə 30 illik cinayətin üstü açılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Moskva vilayətində (Podmoskovye) təxminən 30 il əvvəl törədilmiş tükürpədici cinayətin üstü açılıb.

Məlumata görə, bir kişi ögey qızını sadəcə yemək istədiyi üçün qətlə yetirib.

Cinayəti gizlətmək üçün o, azyaşlının cəsədini çantaya qoyaraq daşıyıb və hündürmərtəbəli binanın zirzəmisində basdırıb. Uzun illər gizli qalan bu cinayət yalnız indi ifşa olunub.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şübhəli şəxs törətdiyi əməli etiraf edərək qızın qalıqlarının basdırıldığı yeri göstərib.

Hazırda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib və onu yaxın vaxtlarda məhkəmə gözləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
56
interpress.az

1Mənbələr