AZ

Cill Baydenin ilk əri qətldə ittiham olunur

NBC: Cill Baydenin ilk əri qətl ittihamı ilə saxlanılıb...

ABŞ-nin sabiq prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenin ilk əri Uilyam Stivenson qətl ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Poliqon xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, 77 yaşlı Uilyam Stivenson hazırkı həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinir. Məhkəmə onun barəsində 500 min dollar məbləğində girov müəyyən edib və hazırda o, nəzarət altında saxlanılır.

Hadisənin detalları hələlik tam açıqlanmayıb. Bildirilir ki, ötən ilin dekabrında polis Stivensonların yaşadığı ünvana məişət zorakılığı ilə bağlı daxil olan çağırış əsasında gedib. Hadisə yerində Uilyam Stivensonun həyat yoldaşı Linda huşsuz vəziyyətdə tapılıb. Təcili tibbi yardım əməkdaşları ona kömək göstərməyə çalışsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb.

NBC qeyd edir ki, hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini və mümkün motivləri araşdırmaqda davam edir. İstintaq çərçivəsində ailə daxili münasibətlər, əvvəlki polis müdaxilələri və tibbi ekspertiza rəyləri də diqqətlə öyrənilir.

Xatırladaq ki, bundan əvvəl də Cill Baydenin özü ilə bağlı mübahisəli iddialar səsləndirilmişdi. ABŞ Ədliyyə Nazirliyinin rəsmisi Leo Terrel bəyan etmişdi ki, Cill Baydenin həyat yoldaşı Co Baydenin səhhəti ilə bağlı məlumatları siyasi və seçki kampaniyası məqsədləri naminə gizlətməsi ehtimalı araşdırıla bilər və bu, yaşlı insanlara qarşı qəddar münasibət maddəsi üzrə hüquqi qiymətləndirməyə səbəb ola bilər.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr