AZ

Məşhurların müəllimi Ginnesin Rekordlar Kitabına düşdü

ABŞ-da 90 yaşlı ingilis dili müəllimi Beverli Hannett-Prays qadınlar arasında ən uzun müəllimlik karyerasına görə - 67 il - rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "UPI" məlumat yayıb.

Hannett-Prays Detroyt kənd məktəbində ingilis dili dərsləri tədris edib. Ona rekord sertifikatı məktəb toplantısında təqdim edilib.

Hannett-Praysın keçmiş tələbəsi, Toni və Emmi mükafatları laureatı aktyor Kortni B. Vens mərasimdə çıxış edib. O, müəlliminin ona düşüncələri necə formalaşdırmağı və yazmağı öyrətdiyini və bunu bu günə qədər davam etdirdiyini bildirib.

Beverli 1958-ci ildə dərs deməyə başlayıb. Onun keçmiş tələbələri arasında aktyor Robin Uilyams və Microsoft-un keçmiş baş direktoru Stiv Balmer də var.

Mərasimdə çıxış edən Hannett-Prays təqaüdə çıxmaq planının olmadığını bildirib.

"Mən bu məktəbi sevirəm. Müəllimliyi sevirəm", - deyə o bildirib.

Elvin

Ölkə.az

Seçilən
54
1
olke.az

2Mənbələr