AZ

“Three Dog Night”ın yaradıcısı vəfat etdi

Amerikanın əfsanəvi “Three Dog Night” qrupunun yaradıcılarından biri olan Çak Neqron 83 yaşında dünyasını dəyişib.

“Cebheinfo.az” xəbər verir ki,  bu haqda “Variety” məlumat yayıb.

Mənbənin məlumatına görə, sənətçi fevralın 2-də Kaliforniyadakı evində ailəsinin əhatəsində dünyasını dəyişib. Ölümün səbəbi hələlik məlum deyil. Lakin Neqronun son aylarda ürək problemi yaşadığı bilinir.

Qeyd edək ki, “Dunhill Records”un məlumatına görə, qrup 1970-1975-ci illər arasında dünya üzrə 40 milyondan çox albom satıb.

“Cebheinfo.az”

Seçilən
33
3
cebheinfo.az

4Mənbələr