AZ

“Ağ şəhər”dəki “yaşıl Soyqırım”ı kimlər törədib? – İcra Hakimiyyəti sorğuları da cavablandırmır – FOTOLAR

Ötən gün paytaxtın “Ağ Şəhər” adlanan hissəsində, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən yaşıllıq ərazinin məhv edilməsi ilə bağlı fotofaktlar və vətəndaş şikayətləri qeydə alınıb. 

Bir gün əvvəl – bazar günü gecə saatlarında Eldar şamlarından ibarət yaşıllıq sahəsi naməlum şəxslər tərəfindən tamamilə məhv edilib. Ağacların kəsilməsi və yaşıllığın sıradan çıxarılması heç bir rəsmi məlumatlandırma və ya xəbərdarlıq olmadan həyata keçirilib.

Vətəndaşların iddialarına görə, sözügedən ərazi uzun illərdir mövcud olan və ətraf mühit üçün mühüm əhəmiyyət daşıyan yaşıllıq sahəsi olub. Hazırda hadisə yerində Eldar şamlarından heç bir əsər-əlamətin qalmadığı bildirilir.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə ünvanlanan sorğular isə cavabsız qalıb. İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Pənah İmanov göndərilən sorğulara cavab vermir, telefon zənglərini açmır.

Xətai

Həmçinin Ərazi-təşkilat məsələləri sektorunun müdiri Anar Tağızadədə də suallardan yayınaraq bu cavabın Pənah Musayev tərəfindən verilməli olduğunu bildirib.

Maraqlıdır, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Anar Tağızadədə bir başa ərazidə baş verənlərə, onları araşdırmağa və cavablandırmağa məsul şəxs olsa belə, suallardan yayınır. Görünür, bu sualları cavablandırmaq olduqca çətin və məsuliyyətlidir. Çünki, söhbət şəhərin göbəyində “Yaşıl soyqırım”dan gedir.

Nə qədər qəribə görünsə də, ərazidə baş verən bu açıq-aşkar “yaşıl soyqırım” faktının ört-basdır edilir. Hadisəyə hüquqi qiymət verilməsi üçün hər hansı araşdırmanın aparılmadığı, məsul şəxslərin müəyyən edilmədiyi bildirilir.

Qeyd edək ki, Xətai rayonunun icra başçısı Rafiq Quliyevdir.

Bizimesr.az

Seçilən
66
editor.az

1Mənbələr