Fevralın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının birinci iclasında yaradılan İntizam komissiyasının ilk yığıncağı keçirilib.
Bu barədə Publika.az-a Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.
İclasa sədrlik edən komissiyanın üzvü Gülşad Rüstəmova bildirib ki, gündəliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il üçün İntizam komissiyası sədrinin, sədr müavininin və katibinin seçilməsi məsələsi daxildir.
Qeyd olunub ki, Ali Məclisin 2 fevral 2026-cı il tarixli qərarı ilə İntizam komissiyası yaradılıb və komissiyanın 5 üzvdən ibarət tərkibi təsdiq edilib.
Sonra Gülşad Rüstəmova İntizam komissiyasının sədri vəzifəsinə komissiyanın üzvü Məmməd Məmmədovu təklif edib.