AZ

Mərkəzi Bankdan manatla bağlı açıqlama

Fevralın 1-i tarixinə Azərbaycanda pul bazası 22 milyard 545.3 milyon manat təşkil edib.Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bildirilib ki, son bir ayda pul bazası 0.33% və ya 75.1 milyon manat artıb.İllik müqayisədə isə pul bazası 12% və ya 2 milyard 421.2 milyon manat artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

Seçilən
25
2
metbuat.az

3Mənbələr