AZ

Bu ölkədə Məhəmməd peyğəmbərin dövrünə əsaslanan "peyğəmbərlik təbabəti" şöbəsi yaradılacaq

Əfqanıstanın paytaxtı Kabil şəhərinin Tibb Elmləri Universitetində Məhəmməd Peyğəmbərin dövrünə aid təcrübələrə əsaslanan "peyğəmbərlik ənənəvi tibb" kafedrası açılacaq.

Far.Az xarici mətbuata istinadən xəbər verir ki, qərar bir çox ölkədə qadağan olunmuş terrorçu hərəkat olan Talibanın lideri Heybətullah Axundzadənin əmri ilə verilib.

Yeni kafedra tibb sahəsində "elmi, təhsil və tədqiqat işlərini" inkişaf etdirmək üçün yaradılacaq.

Nazirlik hesab edir ki, kafedra ixtisaslı mütəxəssislərin hazırlanmasına kömək edəcək. Təşəbbüsün məqsədi Əfqanıstanın səhiyyə sistemini İslam prinsiplərinə əsaslanaraq gücləndirməkdir.

Seçilən
14
far.az

1Mənbələr