AZ

Ermənistan Rusiyasız bacarmır

Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan bildirib ki, Ermənistan təkbaşına Azərbaycan və Türkiyə sərhədlərinə dəmir yolu xətlərini bərpa edə bilmir və bunu Rusiya ilə birlikdə mümkün qədər tez etməyi planlaşdırır. “Ermənistan İcevan və Axurikdə dəmir yolu hissələrinin bərpası ilə bağlı Rusiya ilə danışıqları davam etdirir. Biz başa düşürük ki, bu hissələrdə bərpa işləri Rusiya tərəfi ilə birgə, yəni onun birbaşa iştirakı ilə aparılacaq.” – David Xudatyan bildirib.

“Sputnik Armenia” xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq Cənubi Qafqaz Dəmir Yoluna (CQD) Azərbaycan və Türkiyəyə aparan sərhəd dəmir yolu hissələrini – Yerasxdan Naxçıvanda Azərbaycan sərhədinə və Axurikdən Türkiyə sərhədinə qədər təcili olaraq bərpa etməyi tapşırıb. Ermənistan tərəfinin ən mühafizəkar hesablamalarına görə, Ermənistanda bir vaxtlar normal fəaliyyət göstərən dəmir yolu xidmətini bərpa etməyi planlaşdıran layihə 500 milyon dollara başa gələcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
12
editor.az

1Mənbələr